İşdən çıxarılanlar qohumlarıdır: Əmisi oğlu, xalası oğlu, qardaşı oğlu ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun ailə üzvləri olan vəzifəli şəxslər işdən çıxarılıb.
Avtosfer.az "Gundeminfo"ya istinadla xəbər verir ki, onlardan biri 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin rəhbəri, S.Məmmədovun yeznəsi Dilavər Həmzəyev MMC ötən həftə ləğv edildiyinə görə işini itirib.
S.Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyev, xalası oğlu - 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyev, qardaşı oğlu - 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəli, bacısı - AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, bacısı - "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, yeznəsi - 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər.
Məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli Nazirlər Kabinetinə müraciət edib.
NK-ya təqdim edilən yeni sənədlərdə AAYDA-nın strukturunun yenidən formalaşdırılması nəzərdə tutulur. Həmin sənədə əsasən, ilkin olaraq Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş AAYDA struktunun dəyişdirilməsi nəzərdə tutulur.
Belə ki, Dövlət Agentliyinin strukturuna daxil olan, AAYDA tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatların (MMC) ləğv edilməsi nəzərdə tutulur. Eyni zamanda AAYDA-nın filal və nümayəndəliklərinin də yenidən formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən həftə AAYDA-nın “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib. Hazırda Agentliyin tərkibində daha 7 belə MMC mövcuddur. Yaxın zamanlarda bu MMC-lərin də ləğv ediləcəyi bildirilir.
Əlavə edək ki, bundan əvvəl AAYDA-da 9 vəzifəli şəxsin vəzifəsindən azad edilməsi barədə məlumat yayılmışdı.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












