İtkin düşənlərlə bağlı son vəziyyət - VİDEO - YENİLƏNİB - 6

Gündəm 6 Dekabr 2015 23:17 Oxunub 1690
İtkin düşənlərlə bağlı son vəziyyət - VİDEO - YENİLƏNİB - 6
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğının söndürülməsi prosesinə 5 gəmi cəlb edilib

Bu dəqiqələrə olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərdən heş kim tapılmayıb. Bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov SOCAR rəhbərliyinin mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, yanğının söndürülməsi prosesinə 5 gəmi cəlb edilib. "Yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. Yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır. Platformanın üzərindən su şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub. Sabahdan etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar", deyə Balamirzə Əlirəhimov bildirib.


***21:15***

SOCAR xilasetmə qayığının sınması məsələsinə aydınlıq gətirib. ANS PRESS-in məlumatına görə, qurumun vitse-prezidenti Xalik Məmmədov bildirib ki, yanğın baş verən ərazidə işçilərin təxliyyəsi plana uyğun şəkildə həyata keçirilib.

Vitse-prezident bildirib ki, hadisə yerində 4 qayıq olub. Hər qayıq isə 42 nəfər tutur. Onun sözlərinə görə, həmin qayıqlarda işçilərin bir həftə qalması üçün bütün şərait var.

"Həmin qayıqlar heç vaxt aşa bilməz. Çünki qayıqlar yumurta qaydası ilə hazırlanıb. Sadəcə olaraq, külək qayıqları zərblə dəmir dirəklərə çırpıb. Nəticədə qayıq sınıb. Sınmasaydı neftçilərin hamısı sağ qalacaqdı"



***20:50***

SOCAR Pirallahıda meyitin tapılması xəbəri ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, sözügedən ərazidə meyitin tapılması ilə əlaqədar Dövlət Neft Şirkətinə zəng vurulmuşdu.

"Əməkdaşlar əraziyə yollandı. Amma bu xəbər təsdiqini tapmadı", deyə Xalik məmmədov bildirib.


***20:24***

Xəzərdəki faciədən üzücü xəbər

Təəssüf ki, yanğın nəticəsində itkin düşənlərdən hələ indiyə qədər heç kim tapılmayıb.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar SOCAR-ın rəhbərliyinin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dəniz üzərində gödəkçələr tapılıb. Lakin həmin gödəkçələrdə insan olmayıb. X.Məmmədov bildirdi ki, neftçilərin xilas olunması üçün mindikləri qayığın da qalıqları aşkarlansa da təəssüf ki, hələlik heç bir neftçi tapılmayıb:

"Külək qayığı estakadanın ayağına çırpıb, qayığı sındırıb. Qayıq havada sınıb və dənizə düşüb. Ona görə də işçilər dənizə düşüb. Qayıqlarla bağlı heç bir problem olmayıb. Külək 1 -2 saat əssə idi insanları xilas etmək olardı. Amma külək 27 saat davam edib".

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin yedək gəmiləri xilasetmə işlərinə cəlb olunub.

X.Məmmədov bildirilib ki, hazırda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər qurumların rəhbər şəxsləri hadisə yerində yaradılmış qərərgahdadırlar.

Vitse-prezident onu da əlavə etdi ki, axşam olduğuna görə helikopter vasitəsilə axtarışlar dayandırılıb, gəmilərlə isə davam etdirilir. Xalik Məmmədovun sözlərinə görə, hazırda bir qaz quyusunda yanğın davam edir.

SOCAR rəsmisi xəstəxanada olan yaralılar barədə də açıqlama verib. O bildirib ki, stasionar şəraitdə müalicə alan neftçilər 1 həftə və ya 10 gündən sonra evə buraxılacaqlar. Xəstələrdən biri isə 1 aydan sonra xəstəxanadan çıxacaq.


Xalik Məmmədov - SOCAR-ın vitse-prezidenti








***17:27*** 

Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi

Xəzər dənizində “Günəşli” yatağında baş vermiş faciəvi yanğın nəticəsində itkin düşən neftçilərlə bağlı açıqlama verilib.

ANS PRESS-in məlumatına görə, “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov SOCAR-ın keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, itkin düşən neftçilərlə bağlı indiyədək hələlik heç bir məlumat yoxdur.

Həmçinin oxuyun: Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)

"Fövqəladə Hallar Nazirliyinin gəmiləri və helikopterləri itkin düşən şəxslərin axtarışlarını davam etdirir. Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub. 10-cu dərin dəniz özülündə baş verən yanğının bu gün sözndürülmə ehtimalı böyükdür, əks halda yanğın sabaha kimi söndürüləcək. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmi sahəyə gətirilib", deyə Balamirzə Əlirəhimov bildirib. 


***13:50***

Xəzər dənizində axtarış-xilas etmə əməliyyatlarına FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 4 helikopteri və 1 təyyarə cəlb olunub. 

ANS PRESS-in məlumatına görə, bu haqda Xəzərdəki faciə ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevə birbaşa olaraq məruzə edilib. Hazırda hadisə yerində müşahidələr aparılır. Türkmənistan və İran İslam Respublikası axtarışlarla bağlı məlumatlandırılıb. 

SOCAR tərəfindən təşkil edilən mətbuat konfransı ANS TV-i vasitəsi ilə canlı yayımlanıb. Azərbaycan teleməkanında ANS Xəzər dənizindəki faciə ilə bağlı son məlumatları tamaşaçılara birbaşa olaraq çatdıran yeganə telekanal oldu.

***13:30***

SOCAR: Rusiya, Qazaxıstan və İrana müraciət olunub 

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın başladığı zaman 63 nəfər olub. Hazırda onlardan 29 nəfər itkin düşmüş hesab edilir.

ANS PRESS-in məlumatına görə, bu haqda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün keçirilən mətbuat-konfransında deyib.

"Dekabrın 4-ü küləyin və dalğaların gücünə davam gətirməyən qaz borusu partlayıb. Bu adi qaz borusu olub, quyulara aidiyyatı yox idi. İşıqlar sönüb, qaranlıq düşüb. İnsanlar özlərini itirsələr də təlimata uyğun olaraq öz işlərini görüblər. Yəni qayıqlardan istifadə edib xilas olunmağa çalışıblar"


Xoşbəxt Yusifzadə - Dövlət Neft Şirkətinin vitse-prezidenti 


Onun sözlərinə görə, iki qayıqda müvafiq olaraq 26 və 34 adam olub, dalğanın hündürlüyü çox olduğu üçün onlar suya enməyə cəhd etməyiblər və qayıqda platformadan asılı vəziyyətdə kömək gözləyiblər. Lakin yaxınlıqda olan heç bir gəmi külək və dalğalara görə platformaya yaxınlaşa bilməyib.

"Saat 22:30 radələrində qayıqlardan biri qırılaraq düşüb dənizə. Qayıqda olan insanlardan sadəcə 3-ü xilas edilib, digərlərinin axtarışları aparılır. Hazırda əsas vəzifə itkin düşənləri tapmaq və yanğını söndürməkdir." - deyə Xoşbəxt Yusifzadə bildirib.

Mətbuat-konfransında verilən məlumata görə, itkin düşmüş insanların axtarışında köməklik üçün QazaxıstanRusiya və İran tərəfinə müraciət olunub.








ŞƏRH YAZ
Ad

E-mail

Şərh