İcbari Sığorta Bürosu 2025-ci ildə bütün sığorta növlərini elektronlaşdırıb - VİDEO

Fevralın 10-da “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatının media nümayəndələri üçün təqdimatı keçirilib. Tədbirdə ötən il həyata keçirilmiş layihələr, yeni istifadəyə verilmiş elektron xidmətlər, eləcə də İSB-nin yenilənmiş internet səhifəsi ilə bağlı təqdimatlar baş tutub.
Avtosfer.az xəbər verir ki, tədbirin açılışında İSB-nin İcraçı direktoru Vüsal Məsiyev media nümayəndələrini salamlayaraq, icbari sığorta sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində medianın mühüm tərəfdaş olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Qeyd olunub ki, İSB-nin əsas məqsədi icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasıdır. Son illərdə bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialının gücləndirilməsi, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb. Vüsal Məsiyev bildirib ki, növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək.

Daha sonra İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatla çıxış edib. O qeyd edib ki, təqdim olunan strategiya xəritəsi sığorta sektorunun müasir standartlara uyğunlaşdırılmasını və rəqəmsal transformasiyasını hədəfləyən genişmiqyaslı planı əhatə edir. Strategiya innovasiya, dürüstlük və dayanıqlılıq prinsiplərinə əsaslanaraq həm sığortaçıların, həm də sığorta olunanların maraqlarının ədalətli şəkildə qorunmasını qarşıya məqsəd qoyur.
Bildirilib ki, əsas hədəf data əsaslı qərarvermə mexanizmləri və süni intellekt texnologiyalarından istifadə etməklə icbari sığorta sahəsində aparıcı “InsurTech” mərkəzinə çevrilməkdir. Bu çərçivədə vahid məlumat mərkəzinin yaradılması, İT infrastrukturunun gücləndirilməsi və maliyyə ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi strateji prioritetlər kimi müəyyən olunub. Eyni zamanda, korporativ idarəetmə sistemlərinin yenilənməsi, Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin genişləndirilməsi və “Kağızsız büro” konsepti vasitəsilə ekoloji cəhətdən dayanıqlı mühitin formalaşdırılması nəzərdə tutulur.
Tədbir çərçivəsində İSB-nin yenilənmiş internet səhifəsi “www.isb.az” media nümayəndələrinə təqdim edilib. İSB-nin Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov bildirib ki, saytın yeni dizayn və təkmilləşdirilmiş strukturla istifadəyə verilməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.
Yenilənmiş veb səhifədə naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib və funksionallığı genişləndirilib. Bununla yanaşı, 4 yeni elektron xidmət – “Bonus-Malus əmsalı üzrə onlayn müraciət”, “Radar cəriməsi üzrə onlayn müraciət”, “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” və “Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn müraciət” istifadəyə verilib ki, bu da xidmətlərin daha operativ və səmərəli göstərilməsinə imkan yaradır.
Təqdimatdan sonra müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Səfər
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın TAM MƏTNİ
Bakıda yağan qar nə qədər davam edəcək? - XƏBƏRDARLIQ EDİLDİ
“İdrak” liseyində “toydan sonra nağara” – VİDEO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bu marşrut xətti üzrə də “Faiqoğlu” xidmət göstərəcək - Gedişhaqqı 60 qəpik
Cərimə meydançası ilə bağlı xərclər sürücüyə QAYTARILACAQ
Ödənişli yollarda sürət həddi müəyyənləşir - 130 da olacaq, 90 da...
Ermənistan üçün çıxış yolu, Azərbaycan üçün yeni tərəfdaşlıq mərhələsi - ABŞ-dən tarixi səfər
Qurumlar yolu qazıb, sonra bərpa etməyib; sakinlər narazıdır - VİDEO
Benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA
Tramvaylar nəqliyyat yükünü azalda biləcək? - AÇIQLAMA










