İçkili halda “avtoşluq” edən şəxs AzTV-nin əməkdaşına bıçaq çəkdi - FOTO

Jurnalist Səbuhi Vaqifoğluna qarşı xuliqanlıq edilib. Avtosfer.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib. Belə ki, 10-NN-504 dövlət nömrə nişanlı, “Tofaş” markalı avtomobilin sürücüsü gecə saatlarında Sumqayıt şəhəri ərazisində məhəllədaxili yolda sürətlə hərəkət edib. Jurnalist isə ona iradını bildirib.
“Maşını dayandırdım və xahiş etdim ki, asta sürsün, məhəllədə balaca uşaq, ailə piyada gəzir, belə sürmək olmaz. Mənlə dirəşdi. Dedim ay qardaş özü də niyə içkili maşın idarə edirsən? Deyir əcəb edirəm, Prezident Aparatı belə, Polis belə (təhqir işlətdi). Gedib pulumu verib qurtaracam. Mənim acığıma maşını arxaya verib, yenidən sürətli gəldi, bu dəfə də etiraz edəndə bıçaq çıxardı üstümə. Bildirdi ki, hər gün belə gəlib keçirəm burdan, bundan sonra da belə edəcəm.”
Jurnalist qeyd edib ki, ətrafda təhlükəsizlik kameraları var. O, Daxili İşlər Nazirliyinə məsələ ilə bağlı müraciət edib.
Qeyd edək ki, Səbuhi Vaqifoğlu Azərbaycan Televiziyasının əməkdaşıdır.
Daxili İşlər Nazirliyinin M\tbuat Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Hazırda tərəflər arasında mübahisə araşdırılır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










