İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.
Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.
Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.
Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.
Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












