Banner

İdman zallarındakı ölüm hallarının səbəbi nədir? – Fitnes müəllimi AÇIQLADI

Gündəm 30 Sentyabr 2025 19:21 Oxunub 1776
İdman zallarındakı ölüm hallarının səbəbi nədir? – Fitnes müəllimi AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Azərbaycanın Əməkdar artisti Cabir İmanovun idman zalında vəfat etməsi cəmiyyətdə bir sıra suallar doğurub. Daha əvvəl də hərbçilərdən birinin, eləcə də fitness müəllimlərinin və başqalarının idman zallarında qəfil dünyalarını dəyişməsi vətəndaşlarda şübhə yaradıb və sosial şəbəkələrdə bu mövzu geniş müzakirələrə səbəb olub. Vətəndaşları narahat edən məsələ budur ki, idman zallarında nə baş verir ki, insanlar (Cabir İmanovun vəfatındakı kimi) əlində su butulkası yerə yıxılır. Bütün bunların səbəbi gərgin məşq, naşı fitness müəllimi, yoxsa dərman preparatlarıdır?

Mövzu ilə bağlı elə uzun illərdir ölkəmizdə tanınan, bir sıra məşhurlara fitness müəllimliyi edən Xəqani Səlimov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda idman edənlərin sayı hər gün artır. İdman edənlərin artması, təbii ki, məşqçilərin də sayının artmasına gətirib çıxarır.

“Hal-hazırda N sayda təcrübəsiz məşqçi var, ancaq onların təcrübəsizliyi ölümlə nəticələnəcək qədər pis ola bilməz. Maksimum fiziki sağlamlığa təsir edə bilər.

İdman qidalarına gəldikdə isə, əgər həmin şəxslər kimyəvi maddələrdən istifadə etmirsə, bu, heç bir təhlükə daşımır. Hər hansısa kimyəvi preparat qəbulu isə sağlamlıq, hətta həyat üçün təhlükəlidir. Bunu hansısa məşq edən sıradan bir insanın qəbul etməsi ona ciddi fəsadlar törədə bilər.

İdman zallarında ölüm və infarkt hallarıın baş verməsinə gəldikdə isə, dünyada dəqiqə baş verən ölüm saylarını nəzərə aldıqda, idman zallarında vəfat edən insanların sayının bir əlin barmaq sayını keçmədiyini görərik. Təbiiki bu mövzu bir idmançı kimi mənidə narahat edir, ancaq araşdırıldıqda idman zalında vəfat edən insanların bir çoxsunun məşq zamanı deyil, hətta məşqə başlamazdan öncə vəfat etdiyini müşahidə edərik. Hər bir halda bu ölüm nəticələrinə ekspertiza rəy verir və bu ölümlərin səbəbi təbii hallardan baş verdiyi müəyyən olunur. Rəhmətə gedən məşqçilərdən birinin istirahət otağında yatdığı yerdə epilepsiyası tutmuş və yanında kimsə olmadığından müdaxilə edən olmamışdı. Bu səbəbdən rəhmətə getmişdi. Həmin şəxs uşaqlıqdan epilepsiya xəstəsi olub. Hadisələrin təffərrüatlarından məlum olur ki, idman zallarında vəfat edən insanların, etdikləri idmanla əlaqəsi yoxdur. Ancaq hər bir halda idmana başlamaq istəyən insanların düzgün məşqçilərə müraciət etməsi mütləqdir və yaxşı olarki idmana başlamazdan öncə həkimləri ilə məsləhətləşib zala yazılsınlar. Çünki hər hansısa probleminiz varsa, xüsusən də ürəkdə olan problem düzgün yanaşma olmadıqda ciddi fəsadlara gətirib çıxara bilər. Xüsusəndə intensiv kardio məşqləri”.

Onu da qeyd edək ki, daha əvvəl də idman zallarında bir sıra məşhurlar dünyasını dəyişib. Belə ki, daha əvvəl 2016-cı il, 3 fevral - "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becelin Bakıdakı ticarət mərkəzlərindən birində yerləşən idman zalında məşq edərkən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi infarkt olaraq göstərilib.

2020-ci il, 5 yanvar - Bakıda 27 yaşlı fitnes müəllimi İnam Bayramov məşq zamanı qəfil yerə yıxılıb və ürəktutmadan həyatını itirib.

2021-ci il, 22 oktyabr - Səbail rayonu ərazisində yerləşən idman zalında 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. Zal sahibi Ceyhun Vəliyev bildirib ki, mərhum anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkib və ekspertiza rəyinə görə məşq zamanı epilepsiya tutması baş verib.

2023-cü il, 9 may - "Qarabağ" futbol klubunun oyunçusu Şirxan Həsənzadə məşq zamanı ürəyi dayanaraq vəfat edib.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh