İki rayona sel gəldi, ölən var: Əraziyə helikopter cəlb edildi - VİDEO
Gündəm
23 Sentyabr 2021 15:00

Gecə saatlarından etibarən Balakən və Zaqatala rayonlarına yağan leysan ciddi fəsadlara səbəb olub. Yağan leysan yağışları nəticəsində Katex çayı məcrasından çıxaraq daşıb. Yağışlar Zaqatala rayonu ərazisindən axan çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub.
Belə ki, Mazıx, Qəbizdərə, Meşleş, Yolayrıc kəndlərində həyətyanı sahələrə, əkin sahələrinə və evlərə yağış suları dolub. Kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Leysan yağışları Qəbizdərə kənd sakini 1968-ci il təvəllüdlü Abdulxanov Abdulbari Müslüm oğlu həyatını itirməsinə, bir nəfərin isə köməksiz qalmasına səbəb olub.
Yağan yağışlar səbəbindən Balakəndə 600 hektar əkin sahələri su altında qalıb, yaşayış evlərindən birində ildırım vurması nəticəsində yanğın olub. Balakən və Zaqatalada 8 elektrik dirəyi aşıb, 3 transformatoru isə ildırım vurub. Hazırda aidiyyəti qurumlar tərəfindən leysan yağışlarının bölgələrdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Nazirliyin “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.
Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Oxunub : 1342
DİGƏR XƏBƏRLƏR
29 Avqust 2026 16:24
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
29 Avqust 2026 14:11
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
28 Avqust 2026 20:54
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
28 Avqust 2026 19:45
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
28 Avqust 2026 14:41
Akkumulyatoru tədricən dağıdan avqust istisi
28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
28 Avqust 2026 10:41
Bakıda “klyokların rəqsi” - VİDEO
28 Avqust 2026 10:30
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
28 Avqust 2026 09:54
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
28 Avqust 2026 08:36
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
27 Avqust 2026 18:55
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
27 Avqust 2026 16:11
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
ŞƏRH YAZ










