İntihar edən məktəbli qızı tutmağa çalışan gömrük işçisinin SON DURUMU

“İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan 37 yaşlı Zahid Niyazovun vəziyyəti ağır stabildir”.
Avtosfer.az xəbər verir ki, ailə yaxınlarının verdiyi məlumatına görə, Z.Niyazovun 8 saat davam edən çənə və qol əməliyyatı uğurlu olub:
“Hazırda Dövlət Gömrük Komitəsinin hospitalında müalicəsini davam etdirir. Həkimlər çənə və qol əməliyyatını icra etdilər. Özündədir, yanına ziyarətçi buraxılmır. Zahid Niyazov iki qız övladını və doğmalarını düşünmədən öz həyatı, sağlamlığı bahasına bu addımı atdı. Əksini edə bilməzdi. O bunu etməsə idi əminəm ki, ömrünün sonuna kimi vicdan əzabından əziyyət çəkəcəkdi. Zahid düşünmədən doğru olanı və həqiqətən özünə layiq olan mərd addımı atdı. Əzizləri onunla fəxr edir. Vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edirik”.
Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











