İranda saxlanılan Naxçıvan avtobusları ilə bağlı - RƏSMİ AÇIQLAMA

Ötən gün gecə saatlarında Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobusun İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılması ilə bağlı məlumat yayılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişini gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib. Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a saxlanılan avtobusların sərnişinləri məlumat veriblər.
Onların sözlərinə görə, sərnişinlərə nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsilə Culfa gömrüyünə qədər getməyə icazə verilir. İran tərəfi sərnişinlərə bildirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş. İran tərəfi onları təhdid edərək avtobusların saxlanılmasını ictimailəşdirməməyi, həmin yerdən aralanacaqları təqdirdə həbs olunacaqlarını bildirib. Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq həmin sərnişinlər Naxçıvana çatıblar: “Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı. 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq həmin avtobuslar gecə saat 02:00-03:00 radələrində Naxçıvan Avtovağzalına çatıblar. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır”.
Qeyd edək ki, Bakıdan Naxçıvana və əks istiqamətə İran ərazisindən keçməklə hərəkət edən avtobus reysləri uzun illərdir ki, fəaliyyət göstərir. İsraillə İran arasında müharibə səbəbindən təhlükəsizlik məqsədilə dayandırılan reyslər iyulun 19-dan etibarən bərpa olunub.

Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











