İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar edilib - FOTOLAR

İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb. Eyni zamanda Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron, Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bildirilib ki, işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















