Sabiq icra başçısı İsmayıl Vəliyevin həbs müddəti uzadıldı - Yenilənib

Bu gün Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, YAP-ın Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, sonuncu dəfə sentyabrda həbs müddəti 3 ay uzadılan şəxslərin təcridxanada qalma müddəti bir neçə gün sonra bitir.
Buna görə də istintaq həbs müddətinin uzadılması üçün Səbail rayon məhkəməsinə təqdimat verib. İşə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.
Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
***
Məhkəmə istintaqın təqdimatını təmin edib və adıçəkilən şəxslərin daha 3 ay həbsdə qalmasına razılıq verilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












