İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib - YENİLƏNİB

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib. AAYDA-dan Avtosfer.az-a verilən xəbərə görə, avtomobil yolunda yolun hərəkət hissəsinə tökülən qaya parçaları əraziyə texnika və qüvvə cəlb edilərək təmizlənib.
***
İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.
Avtosfer.az xəbər verir ki, son günlər yağan güclü leysan yağışları səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
Bu gün səhər saatlarında sel zamanı hündür dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun təmizlənməsi üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib.
Hazırda yağışın yağması səbəbindən torpaq uçqunu davam edir. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir.
Həmçinin, torpaq uçqunu nəticəsində yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb, Lahıc qəsəbəsinə və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişi dayanıb.
Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verib, yol bir neçə dəfə bağlanıb.
APA
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI













