Kabildəki sülhməramlılarımızdan Azərbaycana mesaj var - FOTO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir.
Avtosfer.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir.
Agentliyə danışan Azərbaycan sülhməramlısı Anar Babayev "Hazırda Əfqanistanda xidmətdəyik. Türk qardaşlarımızla birlikdə xidmət aparırıq. Onlara yardım edirik", - deyib.
Bir aya yaxındır Kabildə olduqlarını söyləyən digər hərbçimiz Səxavət Kazımov "Türkiyə əsgərləri ilə eyni bölgədə xidmət aparırıq. Ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey yaxşıdır. İnşallah sağ-salamat ölkəmizə dönəcəyik", - qeyd edib.
Digər sülhməramlımız Həbib Həsənov da "Türk qardaşlarımıza yardım edirik, hər zaman da yardıma hazırıq", - deyərək, ailəsinə salam göndərib.
Hamid Karzai adıına Beynəlxalq Hava Limanında xidmət edən Azərbaycan əsgərlərindən Qismət Musayev də "Türkiyə əsgərləri ilə birlikdə xidmət edirik, bununla da qürur duyuruq. Biz qardaşıq", - deyə vurğulayıb.



Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












