Kadırov “Tesla”ya pulemyot qoyub döyüşə göndərdi - VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Telegram kanalında İlon Maskdan alınan Cybertruck Tesla modeli haqqında danışıb. “Mən yeni texnologiyanı sınaqdan keçirməkdən məmnun oldum və şəxsən əmin oldum ki, onun “Cyberbeast” adlandırılması təsadüfi deyil. Əsl toxunulmaz və sürətli bir “vəhşidir”. Əla sürət inkişaf etdirən və maneələri dəf edən manevrli avtomobildir. Çox rahat maşındır. Bu cür əla xüsusiyyətlərə əsaslanaraq, kiberyük maşını tezliklə xüsusi əməliyyat zonasına göndəriləcək. Əminəm ki, bu “heyvan” döyüşçülərimizə çoxlu fayda gətirəcək”, – Kadırov bildirib. Bununla bağlı o, İlon Maska minnətdarlığını bildirib.
“Bu, əlbəttə ki, dövrümüzün ən güclü dahisi və mütəxəssisidir. Böyük insan! Şübhəsiz ki, dünyanın ən yaxşı avtomobillərindən biridir! Bu maşına sözün əsl mənasında aşiq oldum.
İlon, təşəkkür edirəm! Qroznıya gəlin, sizi ən əziz qonağım kimi qəbul edəcəm! Düşünmürəm ki, bizim Rusiya Xarici İşlər Nazirliyi belə bir səfərin əleyhinə olacaq”, – deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.
Mənbə: Azpost.info
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












