Kaliforniyadakı yanğınlarda ölənlərin sayı artıb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərini bürümüş yanğınlar nəticəsində azı 13 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Məlumata görə, 8 nəfər İton yanğın bölgəsində, daha 5 nəfər isə Palisades yanğınının əhatə etdiyi ərazidə həlak olub. Bundan əvvəl ərazi rəhbəri Robert Luna 11 nəfərin öldüyünü, 13 nəfərin isə itkin düşdüyünü bildirmişdi.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına səbəb çox küləkli hava olub. Kaliforniya Yanğınsöndürmə Xidmətinin son məlumatlarına görə, yanğınların ümumi sahəsi demək olar ki, 15,5 min hektara çatıb.
Yanğın 12,3 mindən çox binanı, o cümlədən məşhurların nüfuzlu ərazilərdəki mülklərini məhv edib.
ABŞ Prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştat tarixindəki ən böyük və ən dağıdıcı yanğın adlandırıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












