“Kapitalbank” hesabınızdan BU PULLARI ÇIXACAQ - XƏBƏRDARLIQ! - FOTO

“Kapitalbank” “BakıKart”la bağlı müştərilərinə xəbərdarlıq edib.
Avtosfer.az “Yenisabah”a istinadən xəbər verir ki, bu barədə “Birbank” tətbiqi üzərindən müştərilərə məlumat göndərilib.
Məlumatda bildirilir ki, texniki xəta səbəbindən müştərilərin hesabına yanlışlıqla göndərilən məbləğlər onlardan geri alınacaq:
“Dəyərli Birbanklı, noyabrda istifadə etdiyiniz Bakıkart QR-biletləri üzrə ödədiyiniz məbləğ texniki xəta səbəbindən 29 noyabr-4 dekabr aralığında yanlışlıqla hesabınıza geri qaytarılıb. Qaytarılan məbləğlər 10 yanvaradək müvafiq kartınızın balansından çıxılacaq”.
Qeyd edək ki, dekabr ayında bir çox şəxsə geri ödəmələr olunmuşdu. Bunun səbəbi ilə bağlı bank tərəfindən hər hansı məlumat təqdim edilməmişdi. Sözügedən vəziyyət bir çoxları tərəfindən narazılıqla qarşılanmış, hətta bu barədə sosial şəbəkələrdə də paylaşım və rəylər mövcud idi.


“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












