Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov son günlər bir neçə meşə massivində və ağaclıq ərazilərdə baş verən yanğınlardan danışıb. Avtosfer.az-ın məlumatına görə, nazir APA-ya müsahibəsində bildirib ki, son günlər Hirkan qoruğunda və Yardımlı rayonu ərazisindəki meşə massivində yanğın baş verib: "Ağsu aşırımında da ağaclıq ərazidə yanğın baş verib. Artıq bu yanğınlar nazirliyin yanğınsöndürmə heyəti tərəfindən söndürülüb. Lakin mən fürsətdən istifadə edərək, meşəlik ərazilərə səyahət edən, burda dincələn insanlara müraciət etmək istəyirəm. Onlar meşəlik ərazidə tonqal qalamaqdan, oddan istifadə etməkdən çəkinməlidirlər. Siqaret kötüyünün belə sönməsinə əmin olmaq lazımdır. Əks təqdirdə, adi bir ehtiyatsızlıq böyük fəlakətə səbəb olur. Ölkəmizin flora və faunası hamımız üçün əvəzolunmaz sərvətdir. Həmin meşə massivlərinin bərpa olunması illərlə vaxt tələb edir. Üstəlik yanğınlar hava çirkliliyinin artmasına səbəb olur. Buna görə də mən hər bir vətəndaşımızdan həssaslıq göstərməyi xahiş edirəm".
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












