Kəşfiyyat rəhbəri: Ölkədə terror təhlükəsi artıb

Avqustun 5-də Avstraliya hökuməti ölkədə terror təhlükəsini “ehtimal” səviyyəsinə qaldırıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Avstraliyanın yüksək səviyyəli kəşfiyyat rəsmisi bu addımın atılmasını ifrat dini və siyasi ideologiyaların daşıyıcılarının fəallaşması ilə izah edib.
Kəşfiyyat xidmətinin rəhbəri Mayk Burgess bildirib ki, ölkədə labüd hücum əlaməti olmasa da, növbəti 12 ayda zorakılıq təhlükəsi daha da güclənib. O əlavə edib ki, Avstraliyanın təhlükəsizlik mühiti getdikcə daha gərgin, dəyişkən və gözlənilməz hal alır. Mayk Burgess jurnalistlərə deyib:
“Siz mənim əvvəlki bəyanatlarımla tanışsınız, casusluq və xarici müdaxilə bizim əsas təhlükəsizlik problemlərimiz olaraq qalır. Siyasi və dini motivli zorakılıq indi casusluq və xarici müdaxilə ilə birləşir və daha güclü təhdidə çevrilir”.
Avstraliya rəsmisi daha çox avstraliyalının radikallaşdığını və ölkədə siyasi qütbləşmədə sıçrayışlarla mübarizə aparıldığını bildirib. Bu ilin əvvəlində 16 yaşlı şübhəli Sidney kilsəsində keçirilən ayin zamanı assuriyalı xristian yepiskopunu bıçaqlayıb. Polisin dediyinə görə, bu, dini motivli terror aktıdır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












