Kəskin hava ölkədə fəsadlara səbəb oldu - VİDEO

Kəskin hava şəraiti paytaxtda və bölgələrdə ciddi fəsadlar yaradıb. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, paytaxtda axşam saatlarından şiddətli küləyin müşayiəti ilə başlayan yağış tez bir zamanda öz gücünü göstərib. Bakının bir çox yerlərində Ziya Bünyadov prospektindəki Dərnəgül körpüsü adlanan ərazidə heç də kiçik olmayan göl əmələ gəlib. Dərnəgüldəki dərin gölün yaranma səbəbləri isə uzun araşdırma tələb etmir. Kanalizasiya sisteminin bərbad olması avtomobillərin hər iki istiqamətdə gediş -gəlişinin iflic vəziyyətə salıb. Yolda ilişib qalan avtomobillərin bir çoxu evakuator vasitəsi ilə, sərnişinlər isə öz gücü ilə hadisə yerindən uzaqlaşmağa cəhd edirlər.
Paytaxtın digər istiqamətində, Bakıxanov qəsəbəsində külək ağacları kökündən çıxarıb. Yaşayış binasının qarşısında aşan iri gövdəli ağaclar insanlara xətər yetirməsə də, elektrik xətlərini zədələyib, 3 avtomobili əzib.
Ölkənin Şimal bölgəsinə yağan qar isə bir sıra kənd yollarının bağlanmasına səbəb olub. Bölgələrdə avtomobillər yollarda qalıb, qarın hündürlüyü isə 60 sm-i keçib.
Lənkəranda isə güclü küləklə yağan yağış nəticəsində yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb. Ağaclar yola aşıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Transformatorlarda qəzalar baş verib.
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










