“Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi

İlin sonunda Şəkidəki meşəlik ərazini məhv etmə ittihamı ilə həbs edilərək bir neçə gün sonra 8 milyonluq ziyanı ödəyib azadlığa çıxan “AQA” Şirkətlər Qrupunun vitse-prezidenti Qafar Dəmirçi bu hadisədən sonra ilk dəfə paylaşım edib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Plazalar kralı” kimi tanınan Dəmirçi ilin sonunun ağır sınaqlarla yadda qaldığını yazıb.
“İlin sonu həm özüm, həm də ailəm üçün çətin sınaqlarla yadda qaldı. Ölkəmiz üçün də həssas bir dönəm oldu. Bu hadisələr bizə bir daha göstərdi ki, həmrəylik və birlik ən böyük gücdür. Kim dostdur, kim dost deyil, bunu açıq şəkildə gördük. Çətinliklər həm də güclü tərəfimizi ortaya çıxardı və ədalət uğrunda mübarizənin nə qədər vacib olduğunu bir daha xatırlatdı”, - Dəmirçi paylaşımında vurğulayıb.
Qeyd edək ki, ötən ilin sonunda Qafar Dəmirçi və şirkətinin işçiləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.
İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.
Hadisədən sonra “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəmişdi.
Dəmirçi 8 milyonluq ziyanı ödədiyi üçün barəsindəki həbs qərarı ləğv edilib.

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












