“Kimsə onların xoş bir söz dediyini xatırlaya bilməz”

“Ramiz Mehdiyev və onun xəyanətkar əlaltıları son zamanlar deyil, illər boyu bu xülyanın daşıyıcıları olub və daim əlverişli məqam gözləyiblər”.
Avtosfer.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Heydər Əsədov bir zamanlar hakimiyyətin yüksək qanadında təmsil olunaraq öz məkrli istəklərini həyata keçirməyə cəhd edən Ramiz Mehdiyev ətrafında cərəyan edən hadisələrdən bəhs edərdən deyib.
H.Əsədov qeyd edib ki, “Boz kardinal” və ətrafındakılar bu xəyanətkar arzularına sadiq qalaraq imkanları daxilində güclü Azərbaycan dövlətinin qurulmasına, Qarabağın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların başlanılmasına, radikal islahatların həyata keçirilməsinə hər vəchlə mane olub, havadarlarının məsləhət bilmədiyi kadrların ləkələnməsinə və vəzifədən uzaqlaşdırılmasına çalışıblar:
“Digər tərəfdən onların xarici havadarlarının qarşısında da ciddi öhdəlikləri olub. Bu səbəbdən də, hər məqamda bu öhdəlikləri yerinə yetirməli və ya ən azından ona sadiqliklərini göstərməli idilər. Təsadüfi deyil ki, son dövrlərdə Rusiya ilə münasibətlərdə yaranmış gərginlik dönəmini öz xəyanətkar arzularına çatmaq üçün əlverişli dövr hesab ediblər”.
“Kimsə Ramiz Mehdiyev və digər onun kimi xəyanətkar ünsürlərin Azərbaycanın, onun dünyanın həsəd apardığı iqtidarının və ya türk dünyasının sevincli günlərində xoş bir söz dediyini və ya göstərdiyini xatırlaya bilməz.
Həm də onlar bir şeyi unudublar ki, dəfələrlə ölümlə hədələnən, hər cür daxili və xarici təhdidlərə tab gətirən, sinə gərən iqtidarı və Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcıları olan biz xalqı nəinki dar düşüncəli, xəyanətkar Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və s. ünsürlər, heç kim və heç nə öz yolundan sapdıra bilməz.
Mehdiyev, Kərimli, Hacıbəyli “Milyarderlər İttifaqı”nın, “Milli Şura”nın üzvləri və s. bunlar kimilər bilməlidirlər ki, onlar Azərbaycanın müstəqil siyasətinə qarşı xarici təhdidləri artırmaq məqsədilə bir dəfə istifadə edilərək atılmaq üçündürlər”, - parlamentari vurğulayıb.
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












