Kirayə evlərin qiyməti ilə bağlı ŞOK PROQNOZ - Sentyabrın sonuna qədər...

Yeni dərs ilinin başlamasına bir aydan az vaxt qalır. Bununla əlaqədar rayonlardan paytaxta və universitet, kollec olan bölgələrə tələbə axını gözlənilir. Adətən bunu fürsət bilən bəzi işbazlar kirayə mənzillərin qiymətini artırır. Bu il də qiymət artımı gözlənilirmi?
Avtosfer.az "Globalinfo.az"a istinadən xəbər verir ki, mövzunu şərh edən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, bu il də universitetlərin açılması ilə əlaqədar kirayə evlərin qiymətində artım gözlənilir.
O deyib ki, son illər kirayə mənzil bazarında tələbələr üçün əlçatan mənzillərin azalması müşahidə edilir:
“Bir sözlə, kəskin məhdudlaşma prosesi gedir. Əksinə, bahalı mənzillərin sayı artır, ucuz ev tapmaq olmur. Bu da tələbələr üçün əlavə problemlər yaradır. Qeyd edim ki, qiymət artımı qaçılmazdır. Hər il olduğu kimi, bu il də bahalaşma prosesi təxmini sentyabrın sonlarına kimi davam edəcək. Çünki artıq mənzilə olan tələbat artıb. Bu səbəbdən indidən qiymətlərdə artım müşahidə edirik. Müşahidələrimiz onu göstərir ki, tələbələrin gəlişi ilə əlaqədar qısa müddət ərzində kirayə mənzilin ümumi qiyməti 20-25 faizə qədər bahalaşacaq. Bu, ciddi bir rəqəmdir”.

Ramil Osmanlı
R.Osmanlı rayonlardakı kirayə qiymətləri ilə bağlı danışıb:
“Düzdür, rayonlarda da bahalaşma olur, amma paytaxtdakı qədər deyil. Çünki Bakıda şəhərsalma prosesi çox sürətlə gedir. Məsələn, kirayə mənzil bazarında təklif portfelin əsas hissəsini təşkil edən 1 və 2 mərtəbəli fərdi yaşayış mənzillərindən ibarət olan yaşayış massivləri və köhnə yaşayış fonduna aid olan mənzillərdir. Bunların da sürətli söküntüsü baş verir. Bunun fonunda isə Bakı şəhərində tələbələr üçün kirayə mənzilə əlçatanlıq ildən-ilə azalır. Bu səbəbdən də hər il tələbə kontingentinin şəhər mərkəzindən kənarlara doğru axınını müşahidə edirik”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












