DİN sosial şəbəkələrdə narkomanlarla bağlı yayılan videoya münasibət açıqlayıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət açıqlayıb.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
"Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.
14:00
Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb.
Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, məsələnin bu cür ictimailəşdirilməsi qurum tərəfindən dəstəklənir.
"Bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyatı üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.
Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir", - Mərkəzdən bildirilib.
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı












