Köhnə avtobusları yeni kart sisteminə keçir

Bakıda bütün sərnişin avtobusları vahid kart sisteminə keçəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. Onun sözlərinə görə, yaxın vaxt ərzində şəhər nəqliyyatında gedişhaqqıların nağd şəkildə ödənilməsi tamam ləğv ediləcək. "Artıq bu işlərə başlanılıb. Bu yaxınlardan başlayaraq Bakıdakı bütün avtobuslarda aparatlar quraşdırılacaq. "BakuBus” avtobuslarında olduğu kimi digər marşrutlarda da gedişhaqqılar "BakıKart” vasitəsilə ödəniləcək”, - deyə Şəfa Mehmanqızı bildirib. Bununla bağlı olaraq köhnə avtobuslarda quraşdırılan ödəmə validatorları sökülərək yeniləri ilə əvəz olunacaq. Mərkəz rəsmisi bildirib ki, bundan sonra qanunsuz fəaliyyət göstərən avtobusların işləməsi mümkün olmayacaq. Bu sistem işə düşəndən sonra digər neqativ hallar da aradan qaldırılacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












