Köhnə tikilidə, yoxsa yeni binada mənzil: Hansını almaq məsləhətdir?

Adətən vətəndaşlar mənzil alarkən seçim qarşısında qalırlar: köhnə tikili, yoxsa yeni bina? Bəziləri köhnə tikililərin daha möhkəm və qiymət baxımından münasib olduğunu, yeni binalarda isə əlavə xərclərin çoxluğunu qeyd edirlər. Digərləri isə əksinə, yeni tikililərin müasir və rahat olduğunu, uzunmüddətli perspektivdə daha sərfəli gəldiyini bildirirlər.
Bəs əslində hansı mənzili almaq daha sərfəlidir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Konkret.az”a açıqlamasında bildirib ki, hər iki növ tikilinin öz üstünlükləri var.
Ekspert qeyd edib ki, yeni tikililər müasir standartlara cavab verir, mühafizə, xidmət sahələri və müxtəlif servislərlə təmin olunur.
“Mənzilin daxilində istənilən planlaşdırmanı etmək mümkündür. Bu səbəbdən imkanlı insanlar adətən köhnə mənzillərini satıb yeni tikililərə köçürlər. Son 15 ildə yeni tikililərə maraq daha çoxdur.
Köhnə tikililər isə istismar baxımından sərfəli sayılır. Bu binalarda sahə nisbətən kiçik olur, əlavə idarəetmə xərcləri yoxdur və yalnız dövlətin təyin etdiyi rüsumlar ödənilir. Bəzi köhnə binalarda dövlət istilik təchizatı mövcuddur. Həmçinin, köhnə yaşayış binalarının həyətləri adətən daha geniş olur”.
Elnur Azadov hesab edir ki, seçim fərdi ehtiyaclardan və alıcının imkanlarından asılıdır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












