Koronavirusun mutasiyası davam edəcək

COVID-19-un mutasiyası prosesi gələcəkdə də davam edəcək.
Avtosfer.az xəbər verir ki, belə bir əminliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bazar ertəsi keçirdiyi brifinqdə çıxış edib.
"Mutasiya davam edir”, - o qeyd edib: “Mutasiya – bu, təbii prosesdir. Virus özü özlüyündə xüsusi olaraq təsir etmir, ancaq biz bu variantları, həmçinin ötürülmə potensialı nöqteyi-nəzərindən araşdırmağı davam etdirməliyik".
Van Kerkhove vurğulayıb ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyaları araşdıran dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, ekspert əlavə edib ki "təşkilatın özünün koronavirusun yeni variantlarının tədqiqatını aparan mütəxəssis qrupları var". "Onların işinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq", - o deyib.
Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok ölkəsinin alimləri tərəfindən koronavirusun yeni ştammının üzə çıxarılması haqqında bildirib. Yeni ştamm İngiltərənin cənub-şərq hissəsində sürətlə yayılmağa başlayıb. İlkin məlumatlara görə, koronavirusun yeni variantı 70% daha yoluxucudur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












