Küçələrinin yağış sularına əlac tapıldı: “Master Plan”

Yaxın gələcəkdə Abşeron yarımadasında 3400 km yağış-kanalizasiya şəbəkəsi və 900 km-dən artıq yağış kollektorları quraşdırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, bununla bağlı qurum tərəfindən “Master Plan” hazırlanıb.
A.Cəbrayıllı bildirib ki, “Master Plan”da Abşeron yarımadasındakı göllərdən təbii hövzə kimi istifadə olunacaq: "Bakıda yeni bina və evlərin tikilməsi, asfalt yolların çəkilməsi torpaq ərazilərin azalmasına gətirib çıxarıb. Bu səbəbdən də yağıntılar zamanı kanalizasiya xətlərinə daha çox su axır. Həmçinin intensiv yağıntılar zamanı bəzi küçələrə su yığılır. Kanalizasiya xətlərinin həmin suları eyni vaxtda daşımağa gücü çatmır. Ona görə də bu problemləri aradan qaldırmaq üçün “Master Plan” hazırlanıb". O, qeyd edib ki, bu plana əsasən, yağış suları kanalizasiya suları ilə qarışmadan birbaşa həmin göllərə axıdılacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












