Kürdəmidə qadının çantasını oğurlayıb qaçan 4 nəfər həbs edildi - FOTO

Kürdəmirdə qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Hadisə Bakı-Qazax yolunun rayonun Yeni Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb.
Beləki, Ağsu rayon sakini Burcəliyeva Kəmalə Xanəli qızı DİN-nin 102 xidmətinə və Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində tanımadığı dörd nəfər şəxsin ona qarşı soyğunçuluq əməli törətməklə çantasından pullarını və müxtəlif əşyalarını oğurlayaraq qaçıb getmələrii barədə məlumat vermuşdir.
Dərhal Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, K.Burcəliyevaya qarşı soyğunçuluq əməlini törədənlər Kürdəmir rayon Yeni Şıxımlı kənd sakinləri Şıxəliyev Loğman Fariz oğlu, Səmidov Amil Famil oğlu, Həmidov Saməddin Qüdrət oğlu və Cəbrayılov Nicat Elçin oğludur.
Onlar qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək açıq talama və tamah məqsədilə Kəmalə Burcəliyevaya qarşı zor tətbiq etməklə onun əl çantasından ümumi dəyəri 109 manat dəyərində pul və müxtəlif əşyalarını oğurlamaqla ona qarşı soyğunçuluq əməli törətmişlər.Polis əməkdaşları onları saxlanılaraq rayon polis şöbəsinə gətirmiş və ilkin dindirmə zamanı onlar etdikləri cinayət əməlini etiraf edib bu işdən peşman olduqlarını bildiriblər.Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb və istintaq davam edir.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH















