Kürdəmirdə şəhidin adını daşıyan bulağın açılışı olub - FOTO

Kürdəmirdə Vətən müharibəsi şəhidinin adını daşıyan bulağın açılışı olub.
Report xəbər verir ki, şəhid Pərviz Novruzovun adını əbədiləşdirən bulaq onun ailəsinin şəxsi vəsaiti hesabına rayonun Ərəbxana kəndində inşa olunub.
Bu münasibətlə keçirilən, rayon rəsmilərinin, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvlərinin və yerli sakinlərin də iştirak etdiyi açılış mərasimində Pərviz Novruzun Vətən müharibəsindəki döyüş yoluna qısa nəzər salınıb və şəhidin həyatı barədə məlumat verilib.
Bildirilib ki, Pərviz Natiq oğlu Novruzov, 2002-ci ildə rayonun Ərəbxana kəndində doğulub. O, şəhid Mərdan Quliyev adına Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra Şamaxı Dövlət Regional Kollecinə (ŞDRK) daxil olub. Pərviz hələ uşaqlıq illərində ermənilərin Azərbaycan ərazilərini işğal etməsi və 1 milyona yaxın insanın öz ata-baba torpaqlarından zorla çıxarılaraq qovulması ilə barışmayıb və erməni vandallarının minlərlə soyadışımıza ağlasığmaz işgəncələrrin verməsi, qoca-cavan, körpə-qadın demədən qətlə yetirilən günahsız insanların qisasını almaq hissi ilə böyüyüb və mili vətənpərvər ruhda tərbiyə olunub.

P.Novruzov ŞDRK-in 1-ci kursuna yenicə başlamışdı ki, ermənilərin silahlı terror dəstələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqelərə basqın və təxribat xarakterli hücumlar həyata keçirməyə başlayırlar.
Pərviz dövlətimizin ərazi bütövlüyünü təhsildən üstün tutaraq kollecin 1-ci kursuna yeni başlamasına baxmayaraq Ordu sıralarına qatılır. Mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyib, sağollaşardı.
Sonuncu dəfə sentyabrın 30-da valideynlərinə zəng edərək hər şeyin yaxşı olduğunu və qısa bir müddətdən sonra arzusuna çatacağını deyib və bu son danışıq olub. Pərvizin valideynləri oktyabrın 3-də onun şəhid xəbərini alıblar. Pərvizin valideynləri onun sonuncu danışığı zamanı qısa müddətdən sonra çatacağı arzusunun şəhidlik zirvəsi olduğunu duyubmuş.

O, Füzuli və Xocavənd istiqamətində erməni silahlı terror dəstələrinin müdafiə istehkamlarını, düşmənin keçilməz zənn etdiyi maneləri aşaraq uşaqlıq illərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri mansızlıqların qısasını aldıqdan sonra şəhidlik zirvəsinə yüksəlib.
Pərviz Natiq oğlu Novruzov ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

ŞƏhidin nəşi böyük izdihamla Ərəbxana kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allahdan Azərbaycanın ərazi bütövlüyü və erməni tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.






İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO










