Kürdəxanı-Zabrat yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Bu gün səhər saatlarında etiraz aksiyası keçirən Pirşağı sakinlərinin bağladığı Kürdəxanı-Zabrat yolunda avtomobillərin hərəkəti bərpa olunub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Kürdəxanı-Zabrat yolu polisin müdaxiləsindən sonra açılıb. Aksiya isə davam edir. Yerli sakinlər qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazılıq edirlər. Onlar evlərin hər kvadratmetrinə görə 200-300 manat məbləğində kompensasiya təklif edildiyini bildiriblər. Pirşağı bələdiyyəsinin nümayəndələri aksiyaçılarla danışıqlar aparırlar. Sabunçu Rayon İcra Hakimiyyəti təmsilçilərinin də hadisə yerinə gələcəkləri bildirilib.
***
11.30
Pirşağı sakinləri yolu bağlamaq istəyib
Pirşağı sakinləri avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sakinlər bu gün saat 10.30 radələrində Kürdəxanı-Zabrat yolunu bağlamaq istəyiblər. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu göndərilib. Sakinlər qəsəbə ərazisindən keçəcək Dairəvi yolun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazı olduqlarına görə bu addımı atıblar. Polis sakinləri ərazidən uzaqlaşdırmağa çalışır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












