Laçın dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMALAR - Nə baş verir?
Gündəm
19 Sentyabr 2021 20:54

Azərbaycan-Rusiya danışıqlarının növbəti mərhələsində Qarabağ nizamlanmasının iki vacib məsələsi praktiki olaraq öz həllini tapıb: SSRİ-nin xəritələri əsasında Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası və delimitasiyası və Zəngəzur dəhlizinin Rusiya və Ermənistan sərhədçilərinin nəzarəti altında açılması. Bu barədə Ermənistanın hraparak.am nəşri məlumat yayıb.
Qeyd olunur ki, dəhliz boyu sərhəd keçid məntəqələri quraşdırılacaq və azərbaycanlılar yoldan istifadə haqqını ödəyəcəklər. Hətta rəqəm adlandırılır - ildə 150 milyon dollar. Azərbaycan sərhədçilərinin nəzarətinə keçən Gorus-Kafan yoluna gəlincə, erməni KİV-lərinin yazdığına görə, Rusiya tərəfi, Tatev-Kafan dolama yolunun tikintisini maliyyələşdirəcəyinə söz verib. Eyni zamanda danışıqlarda "Artsax" anlayışı heç bir formada qeyd olunmur.
Nəşr həmçinin yazır ki, parlamentin müdafiə komissiyasının sədri Andranik Köçəryanın bu məlumatları nə təsdiq nə də təkzib etməyib və qeyd edib ki, "bütün addımların sülh dövrünün qurulmasına gətirib çıxaracaq".
Mövzunu şərh edən Milli Məclisin deputatı Vahid Əhmədov Ermənistanın Zəngəzur yolundan istifadəyə görə Azərbaycandan 150 milyon dollar almaq ümidlərini gülünc adlandırıb: “Bu, yanlış məlumatdır və bu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin Azərbaycan ərazisindən keçən İran yük maşınlarına hüquqi nəzarət qurması ilə əlaqədardır. İndi də ermənilər öz ictimaiyyətini əmin etmək istəyirlər ki, guya Azərbaycanla Naxçıvan arasındakı tranzitdən milyonlar qazanacağıq", - millət vəkili vurğulayıb.
Əhmədovun qeyd etdiyi kimi, birincisi, Zəngəzur dəhlizinə Ermənistan yox, Rusiya FTX -nin sərhədçiləri nəzarət edəcək, ikincisi, bu yol beynəlxalq istifadədə olacaq, xüsusən də Rusiya, İran və digər ölkələr tərəfindən. Üstəlik, Azərbaycan tezliklə Qarabağ bölgəsinin təhlükəsizliyi üçün vacib olan Laçın dəhlizinə nəzarəti tamamilə bərpa edəcək.
“Ümumiyyətlə demarkasiya və delimitasiyaya gəldikdə, bu prosesin obyektiv şəkildə, yəni SSRİ xəritələrində uyğun aparılması nəzərdə tutulur. Bu, bölgədə sülhün bərqərar olması baxımından çox vacib bir faktorudur. Əlbəttə ki, Zəngəzur yolu eyni vaxtda açılacaq, amma hansısa ödənişlər haqqında bütün söhbətlər, Azərbaycanın Gorusda qanuni bir nizam qurmasından qəzəblənən erməni mediasının uydurmasıdır. Bu yol ikinci Qarabağ müharibəsində azad edilmiş Azərbaycan ərazisindən keçir”, - deyə millət vəkili vurğulayıb.
Azmarka.az
Oxunub : 1384
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
ŞƏRH YAZ












