Lənkəran-Lerik şosesində sürüşmə - Fotolar

Son günlər fasiləsiz yağan yağışlar Lənkəran-Lerik şosesində yenidən sürüşmə prosesinin aktivləşməsinə səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, ən gərgin vəziyyət yolun 17, 19 və 26-cı kilometrlərində müşahidə olunmaqdadır. Belə ki, bu ərazilərin yuxarı yamac hissələrində baş verən intensiv yuyulma və sürüşmələr nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi maneəyə çevrilib. Sürücülər yolu qorxu ilə keçir, hər an dağın yamaclarından daşların, qaya parçalarının onların maşınlarının üstünə düşməsindən ehtiyat edirlər. 43 saylı Lerik Rayon Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası tərəfindən sutka ərzində əraziyə nəzarət edilir, yola tökülmüş torpaq qatı, gil, lehmə, daş parçaları qreyderlə mütəmadi təmizlənir. Buna baxmayaraq, təbii fəlakətin baş vermə təhlükəsi qalmaqdadır.
Ən təşviş doğuran hal isə yolda sel sularının yuduğu asvalt qatının aşağıdan axan çaya doğru sürüşməsidir. Bu isə hər an ağır nəticələrə səbəb ola bilər. Nəqliyyat vasitələri sahiblərinin sözlərinə görə, xüsusən axşam saatlarında yolda maşınla hərəkət etmək insan həyatı üçün çox təhlükəlidir.
Qeyd edək ki, Lənkəran-Lerik şosesində ağır tonnajlı yük maşınlarının müntəzəm hərəkət etmələri səbəbindən yolun ayrı-ayrı hissələrində dərin çalalar yaranıb. Təkcə iki qonşu rayon üçün deyil, ümumilikdə respublika üçün mühüm strateji əhəmiyyət daşıyan bu yolun əsaslı təmir və bərpasınnın vaxtı çatıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar


















