Lənkəranda bir aydan çoxdur işləməyən işıqfor - FOTO - VİDEO

"Lənkəran rayonunun Gərmətük qəsəbəsindəki işıqforda yaranmış problem aradan qaldırılıb".
Bu məlumatı açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Əvvəldən də qeyd etdiyimiz kimi, yolayrıcında yaranan problem qısa müddətdə aradan qaldırıldı. Ötən gün günün ikinci yarısından etibarən işıqforun işi bərpa olunub. Hazırda sözügedən işıqfor obyekti normal şəkildə fəaliyyəti göstərir ", - deyə M.Ağayev vurğulayıb.
Qeyd edək ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində işıqforun işləməməsi barədə məlumat vermişdik.
***
"Lənkəran rayonun Gərmətük qəsəbəsindəki işıqforda yaranmış problemdən xəbərdarıq".
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"İşıqforun işləməməsinə səbəb ərazidə aparılan qazıntı işləri zamanı texniki xətanın baş verməsi və işıqfora gedən elektrik naqillərinin zədələnməsidir. Məsələ diqqət mərkəzindədir və nəzarətə götürülüb. Ən qısa zamanda problem aradan qaldırılacaq", - deyə M.Ağayev vurğulayıb.
***
Lənkəran rayonun Gərmətük qəsəbəsində işıqforun bir aydan çoxdur ki, işləməməsi yolda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-ın elektron ünvanına şikayət daxil olub.
"Bu ərazidə işıqfor 3-4 il bundan əvvəl quraşdırılıb. İşıqfor quraşdırılmamışdan əvvəl bu yolda ağır yol-nəqliyyat hadisələri çox olub. İndi də məktəb artıq başladığı üçün həm də uşaqların bu yoldan keçib məktəbə getməyi çox təhlükəlidir. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə elektron müraciət ünvanlamışıq, yerli "Siqnal" idarəsinə də məlumat vermişik amma heç bir nəticə yoxdur.
İşıqforun işləməməsinə səbəb isə ərazidə internet çəkilməsi üçün aparılan qazıntı zamanı işıqfora gələn xəttin zədələnməsidir", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsinə sorğu ünvanlanıb.




“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












