Lənkəranın bərbad küçələri: Sakinlər beziblər - FOTO

Lənkəran şəhərində yaşayan bir qrup sakin redaksiyamıza şikayət ünvanlayıb.
Avtosfer.az musavat-a istinadən xəbər verir ki, Lənkəran sakinləri şəhərin mərkəzi küçələrinin bərbad vəziyyətdə olmasından gileylənirlər.
Lənkəran şəhərinin mərkəzi küçələrindən birinin bərbad vəziyyətdə olmasını təsvir edən fotoları da redaksiyamıza göndərən şikayətçilərin sözlərinə görə, uzun müddətdir ki, bu yol təmir edilmir: “Daha bezmişik. Belə şey olar? Qışda palçıq, yayda toz-torpaq... Evdən təmiz paltarda çıxırıq, palçıq içində geri qayıdırıq”.
Lənkəran şəhər sakinləri yolların bu durumuna görə məmurları günahlandırırlar: “Çox biabırçı haldır. İnsanlar beziblər. Bu məmur özbaşınalığından biz hara şikayət edək? Dəfələrlə müvafiq qurumlara müraciət etsək də, hər dəfə bir bəhanə ilə bu məsələnin üzərindən keçiblər. Xahiş edirik ki, aidiyyəti orqanlar məsələ ilə maraqlansınlar, bu qədər insanı narazı salmasınlar ”.
Bəhs edilən küçənin fotolarını sizlərə təqdim edirik.







Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO










