Leysan yağışından sonra küçələri və metro stansiyasını su basıb - FOTO

Moskvaya yağan güclü leysan yağışı bir sıra küçələri və bir metro stansiyasını su basması ilə nəticələnib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətindəki mənbə bildirib.
“Bu ana qədər leysan yağışı səbəbiylə Moskvanın şərqindəki bir neçə küçənin su altında qaldığı məlumdur. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Kalujsko-Rijhskaya xəttinin “Yasenevo” metro stansiyasını da su basıb, “Tyoplıy stan” stansiyasından “Novoyasenevo”ya qədər qatarlar hərəkət etmir”, - agentliyin həmsöhbəti deyib.
Eyni zamanda, güclü külək isə bir neçə ağacı, reklam lövhələrini aşırıb, mağazaların vitrinlərinə zərər dəyib. Yay verandalarına gələn qonaqlardan oradan ayrılmaları istənililib. “Şyolkovoda ticarət mərkəzinin damının bir hissəsini külək aparıb. Xəsarət alan yoxdur”, - mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskvadakı Baş İdarəsi günün sonunadək şiddətli leysan yağışları yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və çox güclü külək əsəcəyi barədə təcili xəbərdarlıq etmişdi.
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










