"London taksiləri"nin rəngi dəyişdirildi

"Bakı 2015" Avropa Oyunları zamanı ölkəyə gətirilən 200 ədəd ağ rəngli "London taksisi"nin istismara veriləcəyi deyilsə də, paytaxtda həmin avtomobillərə rast gəlinmir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, həmin taksilər "Bakı Taksi Xidməti"nin istifadəsindədir: "Avropa Oyunları zamanı həmin taksilərin üzərinə yarışların əhval-ruhiyyəsinə uyğun olaraq ağ rəngli vinil materialı yapışdırılmışdı. Əslində taksilər bənövşəyi rəngdədir. Oyunlar bitdikdən sonra həmin vinil materialı qoparıldı və bənövşəyi rəngdə oldular".
Şəfa Mehmanqızı bildirib ki, üzərində sarı şahmat işarəsi olanlar həmin taksilərdir: "Yaxın müddətdə "Bakı Taksi Xidməti"nin "qaynar xətt"i də fəaliyyətə başlayacaq, hazırda bunun üzərində iş gedir. "Qaynar xətt" taksilərin üzərinə də qeyd ediləcək. Sərnişinlər həmin nömrəyə zəng edərək, taksi sifariş edə biləcəklər. Bu taksilərin fərqi, üzərində sarı rəngli şahmat işarəsinin olmasıdır ki, oturan kimi sayğaca 3 manat yazılır".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












