Mahmudovun yaxın adamı olan məşhur maşın alverçisi həbs edilib

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, “Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli “Avtomobil dunyası”nın sahibidir –red.) olan “Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş. Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Dəmir” “əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər “Dəmirə” yönləndirilib. Bundan başqa həm də “Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.
Qeyd olunur ki, “Dəmirin” nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib.
“Ağdamlı Dəmir”in yaxın qohumları məsələ ilə bağlı "Qafqazinfo" ilə əlaqə saxlayıb və onun həbs xəbərinin doğru olmadığını bildiriblər. Həmçinin ötən gün yaxın qohumlarının yas mərasimində iştirak etdiyini qeyd ediblər.
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA










