Malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir

Çinlə uğurlu əməkdaşlığımızı nəzərə alaraq, biz gələcəkdə yaxşı perspektivlər görürük. Tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 26-da Bakıda Çin Xalq Respublikasının yaranmasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
“Azərbaycanda tranzit potensialının artırılması istiqamətində nəqliyyat infrastrukturu istiqamətində irimiqyaslı layihələr həyata keçirilib. Ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını təşkil edir. Nəticədə Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilib. Bütün sadalananlar Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasına verdiyi mühüm töhfədir. Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan bu təşəbbüsü rəsmi olaraq dəstəkləyən ilk ölkələr sırasındadır. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında tranzit daşımaların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 228 faiz artıb. Hesab edirəm ki, biz Azərbaycan və Çin arasında hər iki istiqamətdə dəmir yolu daşımalarını artırmaqla Orta Dəhlizin ən mühüm hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) birgə təşviqinə xüsusi diqqət yetirməliyik”, - deyə Şahin Mustafayev əlavə edib.
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS












