Marketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu

Azərbaycanda bəzi iri ticarət şəbəkələrində məhsulun vitrin qiyməti ilə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluq halları aşkarlanıb. İqtisadiyyat Nazirliyi bu cür hallarla bağlı araşdırmalar aparıb, nəticədə inzibati tədbirlər görülüb və cərimələr tətbiq edilib. Mütəxəssislər bildirirlər ki, bu məsələ yalnız texniki nasazlıqla əlaqələndirilməməli, həm də istehlakçının hüquqları prizmasından qiymətləndirilməlidir. Avtosfer.az xəbər verir ki, bu barədə məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "yenisabah"a açıqlamasında diqqətçəkən məqamlara toxunub.
Onun sözlərinə görə, artıq 5 ildən çoxdur istehlakçılar qiymət manipulyasiyalarına məruz qalır:
“Ən müasir supermarketlərdə qiymətlərin həftəlik olaraq dəyişməsi, bəzən isə kassada daha yüksək göstərilməsi halları geniş yayılıb. Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün vətəndaşlardan şikayətlər daxil olur. Böyük istehlakçı aldadılması baş verir. Hələ çəki ilə bağlı aldatmaları demirəm – bazarlarda, kiçik marketlərdə bu hallara tez-tez rast gəlinir. Lakin müasir avadanlıqlarla təchiz edilmiş böyük supermarketlərdə də aldadılma hallarının artması ciddi narahatlıq doğurur”.
Eyyub Hüseynov bildirib ki, vətəndaşların çoxu kassada qiymət fərqini görsə də, məsələni qabartmadan mağazanı tərk edir.
“Müştəri məhsulun altındakı qiymətlə kassadakı qiymət fərqini görür, amma çox hallarda susaraq çıxıb gedir. Bu, doğru yanaşma deyil. Əgər kartla ödəniş edilibsə, istehlakçı mütləq şəkildə kassa çekini diqqətlə yoxlamalı, fərq gördükdə isə onun şəklini çəkərək mağazaya qayıtmalı və məhsulun altındakı qiyməti də çəkib rəhbərliyə təqdim etməlidir. Adətən ‘qiymətin dəyişdirilməsi unudulub’ cavabını verirlər, amma hər bir istehlakçının aradakı fərqi tələb etmək hüququ var”, – deyə sədr qeyd edib.
Ekspert əlavə edib ki, məsələ yalnız fərdi şəkildə deyil, rəsmi şəkildə də ictimailəşdirilməlidir:
“Əgər vətəndaş bu halların qarşısının alınmasını istəyirsə, ikinci bir kassa çekini də götürərək Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyinə müraciət etsin”.
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə
Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz
Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi
Vaşinqtondakı təxribatın detalları açıqlandı - Prezidentin kortejinə...
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO









