Marşrutlarla bağlı şikayəti olanların nəzərinə - Açıqlama

Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımaların Təşkili” MMC-nin qaynar xətt üzrə operatoru Gülnar Səfərova sərnişinlərin marşrutlarla bağlı şikayətlərini müvafiq quruma necə çatdıracaqları barədə sia-ya məlumat verib. O bildirib ki, sərnişinlər öz şikayətlərini idarəyə məktub yazaraq, şöbə ilə əlaqə saxlayaraq və ya faks yollayaraq çatdıra bilərlər: “Hansısa bir marşrutdan şikayətlənən insan istədiyi vaxt “Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımaların Təşkili” MMC-yə Qaynar xətt vasitəsilə zəng etməklə, faks və ya məktub yollamaqla müraciət edə bilər. Biz burada vətəndaşların şikayətlərini qəbul edir, qeydə alır və bu şikayətləri həmin sahə üzrə mütəxəssis və əməkdaşlarımıza çatdırırıq. Problemin həllini əlimizdən gəldiyi qədər tez və mərhələli şəkildə həll etməyə çalışırıq. Hər bir saatdan bir bizə gələn şikayətləri lazımı yerə ötürür, sahibkarlarla əlaqə saxlayıb onları sıxlıq barədə məlumatlandırırıq”.
O qeyd edib ki, bir çox vətəndaşlar intervalla və ya xətdə olan marşrutların sayının azlığı ilə bağlı şikayətlənir: “Hazırda daha çox Hövsan bağlarına marşrut xəttinin açılması ilə bağlı müraciətlər daxil olur. Çünki Hövsan qəsəbəsinə marşrut getdiyi halda Hövsan bağlarına marşrut getmir”.
Qeyd edək ki, “Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımaların Təşkili” MMC-nin qaynar xəttinə 012 561 76 28 / 012 561 76 29 nömrələri vasitəsilə və ya 012 562 50 62 faks nömrəsi ilə müraciət edə bilərsiniz. Digər tərəfdən ərizə şəklində də öz müraciət və şikayətlərinizi Bakı şəhəri, Az1108, Ağasadıq Gəraybəyli küçəsi 29-da yerləşən idarəyə gətirə bilərsiniz.
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!
Sabah metroda qatarların qrafiki dəyişəcək








