Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə aparan, uzunluğu 2 km olan avtomobil yolunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Uzun müddət əsaslı təmir olunmadan istismar edilən yolun hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdi. Bu isə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Görülən əsaslı təmir işləri nəticəsində mövcud problemlər tam aradan qaldırılıb.
Təmir prosesi çərçivəsində yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib. Həmçinin vətəndaşların rahat hərəkətinin təmin olunması üçün mövcud piyada səkisi bərpa edilib, yeni asfalt-beton örtüyü döşənib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO


















