Maşın bazarında aksiya

Dünən "8-ci kilometr" qəsəbəsində yerləşən maşın bazarında etiraz aksiyası keçirilib. Satıcılar bazarın rəhbərliyindən icarə haqqının azaldılmasını tələb ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə "bizim yol" saytına aksiyaçılardan biri məlumat verib. Məlumata görə, bazarın rəhbərliyi aksiyaçıları qəbul etməyib. Aksiyaçıların bu tələbinə əsas səbəb iqtisadi böhran və hökumətin bəzi qərarları olub. Belə ki, Mərkəzi Bankın avtokreditlərə qoyduğu qadağalar, "Avro" standartların tətbiqi, istehlak kreditlərinin məhdudlaşdırılması, devalvasiya, hökumətin bazara inzibati müdaxiləsi və sair amillər maşın bazarını çökdürüb. Nəticədə alıcıların sayı azalıb, alqı-satqı əməliyyatları kəskin şəkildə aşağı düşüb. Buna baxmayaraq bazar rəhbərliyi aylıq kirayə pulunu azaltmaqdan imtina edib. Satıcılar isə bundan narazıdır, böhran şəraitində qiymətlərin ucuzlaşdırılmasını tələb edirlər.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












