Maşına görə özünü bıçaqladı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Asif Məhərrəmov 30 ünvanında yaşayan 25 yaşlı Süleymanov Rəvan Nuşirəvan oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralıda bir bıçaq xəsarəti aşkarlayıblar. Yaralı ilkin ifadəsində yıxıldığını və bu zaman cibindəki bıçaqla xəsarət aldığını deyib. Hadisə barədə ərazi üzrə 19-cu polis bölməsinə məlumat verilib. Hazırda polis Rəvan Süleymanovun ifadəsinin düzgünlüyünü yoxlayır. İlkin araşdırma zamanı məlum olub ki, hadisədən əvvəl Rəvanın atası ilə mübahisəsi düşüb. O, atasından sürmək üçün avtomobili istəyib, lakin yox cavabı alıb. İlkin ehtimala görə bu mübahisədən sonrada Rəvan Süleymanov özünə bıçaqla xəsarət yetirib.
Növbəti bıçaqlanma hadisəsi isə Xəzər rayonunda baş verib. Paytaxt sakini 37 yaşlı Şirməmməd Qafarovun Zirə qəsəbəsi Ağamalı küçəsi 64-də tanımadığı şəxslə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs Şirməmməd Qafarova bıçaqla xəsarətlər yetirib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı Şirməmməd Qafarovun əvvələr məhkumluq həyatı yaşadığı məlum olub.
Hazırda Xəzər polisi hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışalrını davam etdirir. Hər iki fakt istintaq yolu ilə araşdırılır.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










