Maşını evakuasiya olunanlara yeni xəbər var

Bakıda dayanma, durma və parklanmanın qadağan olduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları quraşdırılır. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Bakı şəhərinin mərkəzi küçələrində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam etdirilir: «Artıq dayanma, durma və parklanmanın qadağan olduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyini bildirən 20-yə yaxın yeni xəbərdaredici yol nişanları quraşdırılıb. Hazırda yol nişanlarının quraşdırılması işi davam etdirilir". V.Əsədov qeyd edib ki, bundan sonra sürücü avtomobilinin hara evakuasiya edildiyini də öyrənə biləcək: "Belə ki, avtomobillərin hansı istiqamətdə aparılmasını və harada yerləşdirilməsini bildirmək üçün xəbərdaredici yol nişanlarının altında lazımi telefon nömrələrini göstərən bildirişlər də yer alıb».
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












