Maşını piyada keçidində saxlayan azərbaycanlı döyüldü

Rusiyanın şimal paytaxtında - Sankt Peterburqda azərbaycanlıların da iştirakı ilə kütləvi dava baş verib. ANS PRESS-in məlumatına görə, hadisə ötən gün Marşal Zaxarova və Doblesti prospeklərinin kəsişməsində yol üstündə düşüb. Rusiya mətbuatında yer alan məlumata görə, davaya səbəb yol üstündə piyada və sürücü arasında baş verən mübahisə olub. Belə ki, bir qrup piyada yolu keçmək üçün piyada keçidinə yaxınlaşıb. Lakin bu zaman onların yollarında avtomobil dayanıb. Yolları maşınla kəsilən şəhər sakinləri öz etirazlarını bildiriblər, maşında olan azərbaycanlılar isə onlara cavab veriblər. Mübahisəyə qoşular rusiyalılar arasında bir boksçu da olub. Məhz o maşındakı azərbaycanlıların ağır xəsarətlər almasına səbəb olub. Adları açıqlanmayan azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər. Yaralılara kəllə beyin travması, döş qəfəsi zədədlənməsi diaqnozu qoyulub.
Şahidlərin çağırdığı polis üç rusiyalını saxlayıb. Onların yaşları 25-27 arasında olub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












