Maşınla azyaşlını vuran sürücü ona 2 manat verərək qaçdı - FOTO

Bakının Binə qəsəbəsində “Mercedes” markalı avtomobil velosipedlə hərəkət edən azyaşlını vurub. Bu barədə baku.ws-ə azyaşlının ailə üzvü məlumat verib. Onun sözlərinə görə, 19 avqust tarixində baş verən hadisəni törədən sürücü uşağın səhhəti ilə maraqlanmaq əvəzinə uşağa 2 manat verərək ərazidən uzaqlaşıb. Bundan sonra azyaşlının vəziyyəti pisləşdiyi üçün yanına toplaşan adamlar təcili tibbi yardım çağırıblar. Həmin ərazidən keçən Təcili Tibbi yardım maşını azyaşlını Sabunçu rayon xəstəxanasına çatdırıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ nəzarətdədir, sürücünün tapılması istiqamətində tədbirlər görülür.
Azyaşlının anası Səbinə Babaşova oğlunu vuran sürücünün tapılması üçün ictimaiyyətə müraciət edib: "Mənim oğlumu velosiped sürərkən maşın vurub. Oğlumu vuran adam axşamüstü uşağı yol kənarında qoyub xaincəsinə qaçıb. Uşaq bir neçə saat yol kənarında köməksiz qalıb. Beyin travması alan oğlumu xəstəxanaya koma vəziyyətində çatdırıblar. Hal-hazırda vəziyyəti stabil olsa da, hələ də baş və qulaq ağrılarından əziyyət çəkir. Oğlumun reabilitasiyası nə qədər sürəcək, bilmirik. Həmin insan da deməyə dilim gəlmədiyi bir məxluqun tapılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm. Bəlkə, bu məqaləni oxuyan bir şahid tapılar. Cavabınızı səbirsizliklə gözləyirəm".






Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












