Mask Kadırovun bu açıqlamasını yalanladı - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-nin “Tesla” şirkətinin istehsalı olan “Cybertruck” avtomobilini sınaqdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, Kadırov həmin anın görüntülərini öz teleqram kanalında paylaşıb və avtomobilin ona şirkətin rəhbəri İlon Mask tərəfindən verildiyini iddia edib.
Götüntülərdə Çeçenistan rəhbərinin Qroznıda elektrikli “Cybertruck” pikapını sürdüyü yer alıb. Bununla yanaşı, sözügedən avtomobilin üzərində pulemyot quraşdırıldığını da görmək mümkündür.
O, bununla yanaşı Maska təşəkkür edib və onu dahi insan adlandırıb.
Kadırov, həmçinin avtomobili xüsusi hərbi əməliyyat zonasına göndərməyi vəd edib və amerikalı milyarderi Qroznıya səfərə dəvət edib.
İ.Mask isə öz növbəsində Kadırova “Cybertruck” hədiyyə edilməsini təkzib edib. Belə ki, o, “X” sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərkən deyib: “Siz doğurdan da, o qədər axmaqsınız ki rusiyalı generala Cybertruck hədiyyə etdiyimi hesab edirsiniz?”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












