Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR - DETALLAR

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə - fəaliyyətinə nəzarəti 50 üzvdən - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən - ibarət Dövlət Şurası təmin edəcək. Mehdiyevin “Dövlət Şurası”nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.
Avtosfer.az xəbər verir ki, Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, Teleqraf İnformasiya Agentliyi “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.
Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında - Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin “çətiri” altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin “ana müxalifət” və “hakimiyyətə təhdid yaradacaq gücə malik olması” haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.
Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?
Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.
Məlumata görə, Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla “hakimiyyətə real təhdid olduğunu” və “onlar tərəfindən bu təhdidin qarşısının alındığı” görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə “ana müxalifət” obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş.
Gültəkin Hacıbəylinin “Dövlət Şurası”na daxil edilməsinin isə fərqli hədəfləri olub. Mənbə bildirir ki, Qərbdə müxtəlif dairələrlə münasibəti olan və dəstək alan G.Hacıbəylinin qurumda təmsilçiliyi mümkün çevriliş cəhdinin Qərb tərəfindən də dəstəklənməsinə hesablanıb. Məlumatda o da bildirilir ki, G.Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi hələ parlament üzvü olduğu dövrdə yaranıb. Hacıbəyli parlamentə düşə bilmədikdən sonra onun vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı üsyana başlaması və məhz Əli Kərimlinin yanına getməsində də Mehdiyevin təlimatlarının rol oynadığı deyilir. Mənbə daha bir mühüm detalı da açıqlayıb: Ramiz Mehdiyev “Dövlət Şurası”nda bütün region dövlətlərinə yaxın şəxslərin iştirakını vacib sayır, bununla həmin dövlətlərin loyallığını təmin etməyin mümkün olduğunu düşünürmüş. Həmin şəxslərin də adlarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA












