Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…

Xaricdə yaşayan iş adamı və “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin açıqlaması geniş müzakirələrə səbəb olub. O bildirib ki, Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və AĞ Partiya sədri Tural Abbaslı AXCP sədri Əli Kərimliyə qarşı ifadə veriblər.
İ.Hacıyev onu qeyd edib ki, adıçəkilən partiya sədrləri Əli Kərimlinin Ramiz Mehdiyevlə birlikdə çevrilişə cəhd edəcəkləri barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayət məktubu göndərib. İddiaya görə, məhz bu şikayət məktubu “Ramiz Mehdiyev işi”nin başlanmasına və Əli Kərimlinin həbsinə səbəb olub.
Bu iddialar nə dərəcədə doğrudur?
AXP-nin sabiq sədri Pənah Hüseyn açıqlamasında İ.Hacıyevin iddialarını “cəfəngiyat” adlandırıb:
“Bunlar həqiqətə uyğun olmayan fikirlərdir. Mən Ramiz Mehdiyev və Əli Kərimli məsələsi ilə bağlı ifadə verməmişəm. Bu barədə nə DTX, nə Baş Prokurorluq, nə də Daxili İşlər Nazirliyində dindirilmişəm. Barəmdə deyilənlər ağ yalandır”.
Ağ Partiya sədri Tural Abbaslı da deyilənlərin doğru olmadığını bildirib:
“O şəxslər ağızlarına gələni danışırlar. Heç bir məsuliyyət daşımırlar. Buna heç nə deyə bilmərəm. Mənasız adamların dediyi sözlərdir. Məlumdur ki, onların psixoloji problemləri var. İddianı irəli sürən sırf öz maraqları üçün danışır. Bunu deyən şəxslər o qədər qeyri-ciddi və mənasız adamlardır ki, onlara reaksiya vermək də yanlışdır”.
ADP sədri Sərdar Cəlaloğlu ilə isə əlaqə yaratmaq mümkün olmadı.:Globalinfo.az
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












