Mehdiyevlə Kərimlinin “qara qutusu” Bakıya gətirilir

Milli Şuranın üzvü və keçmiş deputat Gültəkin Hacıbəyli Bakıya təhvil verilir. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib və Azərbaycana deportasiya olunacağı barədə məlumat verib.
Sitat: “3 gün öncə saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.
Onun istintaqa təhvil verilməsi və ifadələri bəzi mübhəmləri, sirləri üzə çıxara bilər. Çünki iddialara görə AXCP sədri Əli Kərimli ilə hakimiyyətdən vurulan və revanş hissi ilə qovrulan şəxslərlə, başda Ramiz Mehdiyev olmaqla, aranı Gültəkin Hacıbəyli düzəldib, koordinasiya onun üzərindən həyata keçirilib.
Hacıbəylini hansı hüquqi prosedurlar gözləyir? O, istintaqa cəlb ediləcək?
Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan hüquqşünas Fərhad Mehdiyev Gültəkin Hacıbəylinin istintaqa cəlb olunacağını bildirib:
“Onun Türkiyədə saxlanılması məhz istintaqa cəlb olunması ilə bağlıdır. İstintaq artıq başlayıb və o, istintaq çərçivəsində Türkiyədən istənilib. Odur ki, geri qaytarılan kimi istintaqa cəlb olunacaq. Həbs olunması üçün isə istintaqın təqdimatı əsasında məhkəmə qərar verəcək”.
Politoloq Əhəd Məmmədli Gültəkin Hacıbəylini müxalifətçi saymadığını vurğulayıb:
“Gültəkin Hacıbəyliyə mandat verilmədiyi üçün müxalifətə qoşuldu. İndi isə Türkiyədən deport edilib. Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsinin olub-olmamasına gəlincə, onun Ramiz Mehdiyevi təriflədiyinə dair videosu var. Heç qız öz atasını elə tərifləməz. Demirəm ki, onu tərifləməsi ilə hansısa şəbəkənin üzvüdür və ya Rusiyaya işləyib, amma fakt görünən odur ki, Hacıbəyli hakimiyyətdə olanda Mehdiyev onun ağsaqqalı olub. Mən ədalətli məhkəmənin tərəfdarıyam. Məsələ araşdırılsın, günahı varsa, həbs edilsin. Düşmən də olsa, əsas hər şey ədalətli olsun. Hər kəs ədalət qarşısında cavab verməlidir”.
Politoloq Fuad Heydər isə deyib ki, “Ramiz Mehdiyev işi” ilə bağlı istintaq davam etdiyi üçün prosessual qanunvericiliyə əsasən, istintaq materialları barədə fikir bildirmək düzgün olmaz:
“Hər hansı spekulyasiya və fikir mübadiləsi yanlış addımların atılmasına səbəb ola bilər. Ramiz Mehdiyev barəsində həbslə bağlı qətimkan tədbiri seçildikdən sonra Əli Kərimli və onun ətrafının səngiməsi, hətta Gültəkin Hacıbəylinin Türkiyədəki fəaliyyətləri (oğlunun təhsili üçün oturum izni alması və s.) absurd iddialarla əlaqələndirilir. Gültəkin Hacıbəylinin vəziyyətini Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq prosesi müəyyən edəcək. Əgər Hacıbəyli Bakıya dəvət edilir və ya gətirilirsə, bu, istintaqa cəlb olunması ilə bağlıdır. Cinayətdə iştirakı olmasaydı, heç kimin onunla işi olmazdı”.
Politoloqun sözlərinə görə, AXCP-nin indiyədək fəaliyyəti əsasən dövlətə xəyanət olub:
“Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın əvvəlki dövrlərdə fitnə-fəsad və dövlət maraqlarına qarşı fəaliyyət göstərdiyi məlumdur. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı bütün partiyalar dövlət başçısını dəstəkləyərkən, Əli Kərimli və dəstəsi buna qoşulmayıb, özlərini muxtariyyət hüququna malik hesab edirdilər. Bu gün baş verən həbslər qaçılmaz görünür və AXCP-nin ləğv olunması ehtimalı da gündəmdədir. Partiyanın üzvlərinin dövlətə, vətənə və vətəndaşlara qarşı fəaliyyəti, həm Avropa, həm də Ermənistanla əlaqələri sirr deyil. Bura Gültəkin Hacıbəyli də daxildir”.
Fuad Heydərin fikrincə, Gültəkin Hacıbəyli Bakıya gətirilməli və onun deputatlıq dönəmindən tutmuş, Milli Şuranın üzvlüyünə qədər bütün fəaliyyəti araşdırılmalıdır. Politoloq düşünür ki, Gültəkin Hacıbəyli Bakıda dindirilməli və bütün qanunsuzluqların araşdırılması təmin olunmalıdır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












